"Qarabağ" Gürcüstan klubuna aman vermədi

“Qarabağ”ın U-12 komandası Gürcüstanda keçirilən “Bendela Cup” turnirində ilk oyununu keçirib. SportLine.az xəbər verir ki, təmsilçimiz ilk matçda yerli “Bolnisi” komandası ilə qarşılaşıb. Görüş Ağdam klubunun xeyrinə yekunlaşıb - 5:1.

Qeyd edək ki, "Qarabağ"ın növbəti rəqibi "Dinamo" (Tbilisi) olacaq. Qarşılaşma sabaha planlaşdırılıb.