Ndlovu dubl etdi, "Qarabağ" 3 xal qazandı
Bu gün Topaz Premyer Liqasında 8-ci tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma olacaq. Son çempion "Qarabağ" "İnter"lə qarşılaşacaq.
"İnter Arena"da keçiriləcək matç turnir cədvəlinin yuxarı pillələri üçün əhəmiyyətlidir. Ağdam təmsilçisi qələbə qazanmaqla zirvədə möhkəmlənəcək. İtiriləcək xallar "Zirə"ni zirvəyə qaytara bilər. "Bankirlər" isə 4-cü pilləyə yüksəlmək üçün 3 xala ehtiyac duyur.
13 oktyabr 2017
TPL, 8-ci tur
“İnter” - “Qarabağ” - 0:2
QOL: Dino Ndlovu, 85 (0:1); Dino Ndlovu, 90+2 (0:2)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Ömər Paşayev
“İnter Arena”
“İnter”: 1. Orxan Sadıqlı, 2. Sertan Taşkın, 3. Denis Silva (k), 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad, 10. Elnur Abdullayev, 19. Mirhüseyn Seyidov, 22. İlkin Qırtımov, 24. Fuad Bayramov, 27. Adrian Skarlatake, 88. Məmməd Quliyev
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 4. Slavik Alxasov, 66. Murad Qayalı, 77. Oleq Hüseynov, 99. Ricat Qarayev
Baş məşqçi: Zaur Svanadze
“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev (k), 7. Rahid Əmirquliyev, 9. Dino Ndlovu, 10. Pedro Enrike, 11. Mahir Mədətov, 18. Tarik Elyunussi, 21. Arif Daşdəmirov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 88. Elşən Abdullayev
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 24. Nihad Tamazov, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 77. Donald Qerye, 90. Ramil Şeydayev, 99. Dani Kintana
Baş məşqçi: Qurban Qurbanov