"Qarabağ" İstanbulda belə qarşılanıb

Avropa Liqasının “Vilyarreal”a qarşı matçını (1:3) İstanbulda keçirən “Qarabağ” qardaş ölkədə böyük coşğu ilə qarşılanıb. 

Sportline.az xəbər verir ki, İstanbulda yaşayan azərbaycanlılar, eləcə də Türkiyə vətəndaşları komandanın qaldığı otelin qarşısına toplaşıblar. Burada Qarabağ və Azərbaycan-Türkiyə qardaşlığı ilə bağlı şüarlar səsləndirən azarkeşlər komandanı avtomobillərlə matçın keçirildiyi Başakşehir Fatih Terim stadionuna qədər müşayiət ediblər.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən fanatlar matça buraxılmayıblar.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında azarkeşlərin verdiyi dəstəkdən razı qaldıqlarını söyləyib.