"Qarabağ" məşqlərə başladı

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilə dövründə "Qarabağ"da qısamüddətli istirahət başa çatıb.

Sportline.az xəbər verir ki, "göy-ağlar" ötən gün bir araya gəlib.

Əsas komandanın 14 futbolçusu müxtəlif millilərin düşərgəsində olduğundan, baş məşqçi Qurban Qurbanovun sərəncamında 4-5 oyunçu qalıb.

Təcrübəli mütəxəssis bu boşluğu əvəzedici heyətin üzvləri ilə dolduracaq.