"Qarabağ" milli komandaya qarşı

“Qarabağ” milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə bir yoxlama matçı keçirəcək.

Sportline.az xəbər verir ki, Qurban Qurbanovun komandası 21 yaşadək futbolçulardan ibarət milli ilə qarşılaşacaq. Oyun martın 20-də olacaq.

Qeyd edək ki, milli komandanın oyunları ilə bağlı Premyer Liqada yaranmış fasiləyə aprelin 3-də yekun vurulacaq.

“Qarabağ” həmin gün səfərdə “Keşlə” ilə üz-üzə gələcək.