"Qarabağ" "Partizani" ilə oyuna belə hazırlaşır

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" iki günlük istirahətin sonra "Partizani"ylə oyunun hazırlığa başlayıb. 

Sportline.az klubun saytına istinadən xəbər verir ki, komanda günü iki məşqlə başa vurub. İlk məşq yerli vaxtla 11:00-da (Bakı vaxtıyla 13:00) başlayıb və saat yarım davam edib. Futbolçular bu məşqdə fiziki təmrinlər və toplu hərəkətlər üzərində çalışıb. İkinci məşq isə yerli vaxtla 18:00-da start götürüb. İlk məşqdən fərqli olaraq, bu məşqdə komanda isinmə hərəkətlərin ardından ikitərəfli oyun keçirib.

Qeyd edək ki, zədəli futbolçular Qara Qarayev və Rəşad Sadıqov zədələrini sağaldaraq komandaya qoşulub, yeni transfer Ailton Silva da komanda ilə ilk məşqinə çıxıb.