"Qarabağ" və "Neftçi" 1/4 finalda

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsi start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Çempionatın lideri "Qarabağ" I Divizionda ilk pillədə qərarlaşan "Qaradağ Lökbatan"la üz-üzə gələcək. "Neftçi" isə "Zaqatala" ilə münasibətləri aydınlaşdıracaq.

Qeyd edək ki, mərhələ bir oyundan ibarətdir. Digər 6 görüş sabah keçiriləcək.


28 noyabr 2017
Azərbaycan Kuboku
1/8 final

“Qarabağ” – “Qaradağ Lökbatan” - 2:0
QOLLAR: 
Əfran İsmayılov, 58 (1:0); Pedro Enrike, 81 (2:0)

Hakimlər: Ramil Diniyev, Elşad Abdullayev, Nahid Əliyev, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Hakim-inspektor: Əli Hüseynov
“Azersun Arena”

“Neftçi” – “Zaqatala” - 5:0
QOLLAR: 
Daniel Seqovia, 8 (1:0); Daniel Seqovia, 35 (2:0); Uqo Barqas, 50 (3:0); Daniel Seqovia, 54 (4:0); Emin Mahmudov, 59 (5:0)

Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Mehman Mahmudov, Etibar Həsənov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Hakim-inspektor: Vüsal Əliyev
8-ci km qəsəbə stadionu