"Qarabağ" "Qəbələ"ni üstələdi
Bu gün Azərbaycan Premyer Liqasında 33-cü tura yekun vurulub.
Sportline.az xəbər verir ki, sonuncu - 3-cü oyun günündə 1 matç keçirilib. Lider "Qarabağ" doğma meydanda "Qəbələ"ni qəbul edib və 3:0 hesabı ilə qalib gəlib. Ağdam təmsilçisi növbəti turda "Səbail"i məğlub etsə, çempionluğu rəsmiləşdirəcək.
Qeyd edək ki, turun digər oyunları 5, 6 və 7 may tarixlərində keçirilib.
8 may (bazar ertəsi)
20:00. “Qarabağ”– “Qəbələ” - 3:0
Qol: Elvin Cəfərquliyev, 43, Abdullah Zubir, 75, Ramil Şeydayev, 84
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Emin Əliyev
“Azersun Arena”
5 may (cümə)
“Kəpəz” – “Sabah” - 0:3
6 may (şənbə)
"Şamaxı” – “Zirə” - 0:3
7 may (bazar)
“Turan Tovuz” – “Neftçi” - 4:0
“Sumqayıt” – “Səbail”
| N | Klublar | O | Q | H | M | T-F | X |
| 1 | Qarabağ | 33 | 26 | 6 | 1 | 84-22 | 84 |
| 2 | Sabah | 33 | 24 | 5 | 4 | 71-23 | 77 |
| 3 | Neftçi | 33 | 18 | 7 | 8 | 58-36 | 61 |
| 4 | Qəbələ | 33 | 13 | 9 | 11 | 45-44 | 48 |
| 5 | Zirə | 33 | 12 | 9 | 12 | 41-45 | 45 |
| 6 | Turan Tovuz | 33 | 9 | 8 | 16 | 31-43 | 35 |
| 7 | Kəpəz | 33 | 6 | 11 | 16 | 31-57 | 29 |
| 8 | Sumqayıt | 32 | 7 | 7 | 18 | 23-59 | 28 |
| 9 | Şamaxı | 33 | 4 | 11 | 18 | 25-50 | 23 |
| 10 | Səbail | 32 | 5 | 7 | 20 | 26-56 | 22 |
Bombardirlər:
Musa Qurbanlı ("Qarabağ") - 20 qol
Ramil Şeydayev ("Qarabağ") - 20 qol
Coy Lens Mikels ("Sabah") - 17 qol
Emin Mahmudov ("Neftçi") - 16 qol
Aleksey Kaşuk ("Sabah") - 16 qol