"Qarabağ" qış transfer bazarı üçün qərar verib

«Qarabağ» bu qış bazarlığında fəaliyyət göstərməyəcək.

Sportline.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanov klub rəhbərliyindən yeni transfer istəməyib.

Baş məşqçi koronavirus pandemiyasını və bunun klubun büdcəsinə mənfi təsirini göz önünə gətirərək, hazırkı heyətlə kifayətlənməyi lazım bilib.

Təcrübəli mütəxəssis mövsümün qalan hissəsində gəncələrə üstünlük verəcəyini rəsmilərlə söhbətdə qeyd edib.(sportinfo.az)