"Qarabağ" - "Roma" görüşü CBC Sportda

UEFA Gənclər Liqasında sabah keçiriləcək "Qarabağ" - "Roma" oyunu televiziya vasitəsilə yayımlanacaq. SportLine.az xəbər verir ki, futbolsevərlər 19 yaşadək futbolçuların mübarizəsini CBC Sport telekanalı ilə canlı izləyə biləcəklər.

"Azersun Arena"da keçiriləcək görüş saat 14:00-da başlanacaq.

Xatırladaq ki, "Qarabağ"ın gənclərdən ibarət heyəti ilk matçda "Çelsi"yə məğlub olmuşdu - 0:5.