"Roma" Bakıdan qələbə ilə dönür
Bu gün UEFA Çempionlar Liqasında 2-ci tura yekun vurulacaq.
SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ" doğma meydanda "Roma" ilə qarşılaşıb.
İlk turda "Çelsi"yə müqavimət göstərməkdə çətinlik çəkən Ağdam təmsilçisi, bu dəfə azarkeşlərini sevindirmək niyyətində idi. "Stadio Olimpiko"da "Atletiko"nun müqavimətini qıra bilməyən "canavarlar" da Bakıya 3 xal üçün gəlmişdilər. Təəssüf ki romalılar bu istəyi reallaşdırıblar.
27 sentyabr 2017
Çempionlar Liqası, 2-ci tur
"C" qrupu
20:00. "Qarabağ" - "Roma" 1-2
Qollar: Pedro Enrike, 28 - Kostas Manolas, 7. Edin Ceko, 15
Hakimlər: Artur Dias / Rui Tavares, Paulo Soareş / Tiaqo Martins, Joao Pineyro / Bruno Rodriges (PORTUQALİYA)
Standings provided by Sofascore LiveScore