"Qarabağ" - "Roma" matçının ən yaxşıları

Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsinin "Qarabağ" -"Roma" matçının ən yaxşıları müəyyənləşib. 

Sportline.az xəbər verir ki, media nümayəndələri arasında aparılan səsvermənin nəticəsinə əsasən "Qarabağ"dan Pedro Enrike, "Roma"dan isə Edin Dzeko ən yaxşı seçiliblər.

Qeyd edək ki, "Roma"nın 2:1 hesabı ilə qalib gəldiyi görüşdə E.Dzeko 15-ci dəqiqədə komandasının 2-ci qolunu vurub. P.Enrike isə 28-ci dəqiqədə yekun nəticəni müəyyənləşdirib.