"Qarabağ" - "Roma" oyununu portuqaliyalı referi idarə edəcək
Çempionlar Liqasının qrup mərhələsinin “Qarabağ” – “Roma” görüşünün hakimləri məlumdur. Sportline.az xəbər verir ki, görüş portuqaliyalı hakimlər briqadasına həvalə olunub. Artur Diasa Rui Tavares və Paulo Soareş kömək edəcəklər. Əlavə hakim köməkçiləri Tiaqo Martinslə Joao Pineyro olacaqsa, Bruno Rodriges ehtiyat hakim funksiyasını yerinə yetirəcək.
Onların işinə israilli hakim-inspektor Haim Jakov qiymət verəcək. Oyunun UEFA nümayəndəsi isə Oleq Harlamov (Estoniya) olacaq. Xatırladaq ki, sentyabrın 27-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Roma" qarşılaşması saat 20:00-da başlanacaq.