"Qarabağ" "Sivasspor" qarşısına itkilərlə çıxacaq

Avropa Liqasının qrup mərhələsinin IV turunda "Sivasspor"un qonağı olacaq "Qarabağ" oyuna itkilərlə çıxacaq.

Sportline.az xəbər verir ki, Azərbaycan çempionunun heyətində Filip Ozobiç cəza üzündən, kapitan Maksim Medvedev və müdafiəçi Rahil Məmmədov isə, koronavirus testləri müsbət cavab verdiyinidən İstanbula aparılmayıb.

Zədəli olan digər 3 futbolçunun durumuna isə oyun ərəfəsində aydınlıq gələcək. Bunlar Patrik Andrade, Abbas Hüseynov və Bədavi Hüseynovdur. Onlar bu gün Türkiyəyə yollanan heyətdə yer alıb. Lakin yalnız Bədavi Hüseynovun vəziyyəti komanda yoldaşlarına nisbətən yaxşıdır.

Qeyd edək ki, "Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə keçiriləcək. İstanbulun "Başakşehir Fatih Terim" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:55-də başlanacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir. Komandalar arasındakı III tur matçında "Sivasspor" öz meydanında 2:0 hesablı qələbə qazanıb.