"Sivasspor" - "Qarabağ" oyununda 2 qol
UEFA Avropa Liqasında I qrupunun 3-cü turunda “Qarabağ” qardaş Türkiyənin”Sivasspor” klubu ilə görüşüb.
Sportline.az xəbər verir ki, oyun gərgin mübarizə şəraitində keçib.
İlk dəqiqələrdən üstünlüyü ələ alan meydan sahibləri erən qol vurublar. 11-ci dəqiqədə Caner Osmanpaşa hesabı açıb. Nisbətən təzyiqi artıran Ağdam təmsilçisi 31-ci dəqiqədə qola yaxın olsa da, zərbədə dəqiqlik çatmayıb.
Çox keçmədən Sivas futbolçuları qapımız qarşısında iki təhlükəli vəziyyət yaradıblar. Lakin, meydan sahiblərinin 37 və 41-ci dəqiqədə hücumları nəticəsiz qalıb.
İkinci yarıda komandamız üstünlüyü ələ alıb. 66-cı dəqiqədə Mahir Emrelinin zərbəsini rəqib qapıçı dəf edib. 73-cü dəqiqədə isə Ovusu Kvabena qol vurmağa yaxın olsa da, bunu bacarmayıb.
Əvəzində “Sivasspor” ikinci topu qapımızdan keçirib. Kayode son dəqiqələrdə mübarizəyə nöqtə qoyub. 2 cavabsız qolla qalib gələn “Sivasspor” 3 xalla 3-cüdür. “Qarabağ” isə sonuncu pillədədir.
5 noyabr
Avropa Liqası
Qrup mərhələsi, 2-ci tur
I qrupu
21:55. “Sivasspor” (Türkiyə) – “Qarabağ” (Azərbaycan) 2:0
Qol: Caner Osmanpaşa, 11, Kayode, 88
Baş hakim: Sandro Şarer (İsveçrə)
Sivas. “Yeni 4 Eylül” stadionu