"Qarabağ" stadionu dəyişir
“Qarabağ” noyabrın 17-də Topaz Premyer Liqasının 12-ci turunda “Sumqayıt”ı Bakı Olimpiya Stadionunda qəbul edəcək.
Sportline.az xəbər verir ki, “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Qol.az-a açıqlamasında məlumatı təsdiqləyib.
Oyunun saat 18.30-da başlanacağı gözlənilir.
Qeyd edək ki, noyabrın 22-də isə “Qarabağ” Çempionlar Liqasının qrup oyunu çərçivəsində Olimpiya Stadionunda İngiltərənin “Çelsi” komandası ilə görüşəcək. Ağdam klubunun bu matç ərəfəsində meydançaya uyğunlaşaq üçün “Sumqayıt”la oyunu BOS-da keçirəcəyi güman edilir.