"Qarabağ" "Sumqayıt"ı da xalsız qoydu

Bu gün Topaz Premyer Liqasında 6-cı tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma olacaq. Son çempion "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun hər iki komanda üçün vacibdir: Ağdam təmsilçisi 3 xalla zirvəni ələ keçirəcək; "kimyaçılar" isə "Qəbələ"yə çatacaq.

Saat 19:00-da start götürəcək matçı Orxan Məmmədov idarə edəcək.


22 sentyabr 2017
TPL, 6-cı tur

“Qarabağ” - “Sumqayıt” - 4:1
QOLLAR: 
Bəxtiyar Həsənalızadə, 7 (0:1); Pedro Enrike, 56 (1:1); Riçard Almeyda, 62/p. (2:1); Mahir Mədətov, 65 (3:1); Mahir Mədətov, 73 (4:1)
QIRMIZI VƏRƏQƏ: Miçel, 88 ("Qarabağ")

"Qarabağ” 1. Anton Kanibolotski 5. Maksim Medvedev (k) 8. Markos Madera 9. Dino Ndlovu 10. Pedro Enrike 11. Mahir Mədətov 18. Tarik Elyunussi 20. Riçard Almeyda 52. Yakub Jezniçak 55. Bədavi Hüseynov 32. Elvin Yunuszadə 

Ehtiyat oyunçular: 13. İbrahim Şehiç 12. Şahruddin Məhəmmədəliyev 2. Qara Qarayev 7. Rahid Əmirquliyev 21. Arif Daşdəmirov 30. Abbas Hüseynov 70. Nicat Süleymanov 88. Elşən Abdullayev 90. Ramil Şeydayev 91. Coşqun Diniyev 99. Dani Kintana 

"Sumqayıt” 23. Mehdi Cənnətov 2. Rail Məlikov 3. Vurğun Hüseynov (k) 5. Vüqar Bəybalayev 9. Amil Yunanov 10. Cavid İmamverdiyev 14. Bəxtiyar Həsənalızadə 18. Tural Axundov 19. Azər Salahlı 32. Rəşad Eyubov 97. Xəyal Nəcəfov 

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev 6. Kamal Mirzəyev 7. Cavid Tağıyev 11. Ehtiram Şahverdiyev 13. Bəhlul Mustafazadə 41. Ceyhun Rəcəbli 90. Ramil Həsənov

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Vüqar Bayramov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Məhəmməd Məmmədov
Tofiq Bəhramov adına Respublika Stadionu

Standings provided by Sofascore LiveScore