"Qarabağ" və "Qalatasaray" rəhbərliyi arasında görüş olub
“Qarabağ”la “Qalatasaray” arasında daha bir yoldaşlıq görüşünün keçirilməsi üçün görüşlər davam edir.
Sportline.az xəbər verir ki, bu məqsədlə iki klub arasında münasibətlər daha da sıxlaşdırılıb.
Ağdam klubunun direktoru Emrah Çelikel və baş meneceri Asif Əsgərov hazırda İstanbuldadılar. Onlar hətta “Qalatasaray” rəhbərliyi ilə “Nef” stadionunda görüş də keçirib. Görüşdə İstanbul nəhənginin prezidenti Dursun Özbek də iştirak edib.
Qeyd edək ki, bu komandaların martın 26-da Bakı Olimpiya Stadionundakı xeyriyyə matçında “Qalatasaray” 2:1 hesablı qələbə qazanıb. Tərəflər həmin vaxt İstanbulda daha bir matçın təşkilinə razılaşmışdılar.