"Qarabağ" kubokla vidalaşdı, "Qəbələ" yarımfinalda
Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsi yekunlaşacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçiriləcək.
İlk oyunda qələbə qazanan "Qəbələ" və "Qarabağ" üstünlüyü səfərdə qorumağa çalışacaq.
Ağdam təmsilçisini qəbul edəcək "Sumqayıt" qapısını toxunulmaz saxlamaqla bir qol vursa, adını yarımfinala yazdıracaq. "Səbail"ə isə iki qol lazımdır.
15 dekabr 2017
Azərbaycan kuboku
1/4 final (cavab oyunları)
“Sumqayıt” – “Qarabağ” - 2:0
QOLLAR: Kamal Mirzəyev, 22 (1:0); Amil Yunanov, 90 (2:0)
İlk oyun: 1:2
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Namiq Hüseynov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Asim Xudiyev
Sumqayıt şəhər stadionu
İlk oyun – 1:2
“Səbail” – “Qəbələ” - 2:4
Qollar: Adrian Popoviçi, 16 (1:0), Filip Ozobiç, 22 (1:1), Ruslan Qurbanov, 44 (1:2), Famussa Kone, 56 (1:3), Baqali Dabo, 75 (1:4), Elman Taqayev, 78 (2:4)
İlk oyun: 0:1
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Nail Nağıyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
Hakim-inspektor: Məhəmməd Məmmədov
“Bayıl Arena”