"Qarabağ" - "Vilyarreal" oyununun hakimləri müəyyənləşdi

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda keçiriləcək "Qarabağ" - "Vilyarreal" oyunu üçün hakim təyinatları açıqlanıb.

Sportline.az xəbər verir ki, matçın baş hakimi Çexiya Futbol Federasiyasından  Pavel Orel olacaq. Ona Petr Blazej və Jiri Kriz köməklik edəcək. Dördüncü hakim funksiyasını Andrey Peçanets yerinə yetirəcək.

Hakim-inspektor gürcüstanlı Levan Paniaşvili, UEFA nümayəndəsi isə Ukraynadan Anna Bordiugovadır.

Qeyd edək ki, "Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.