"Qarabağ" "Vilyarreal"a məğlub oldu

Bu gün Avropa Liqasında qrup mərhəlisinin 2-ci turunun oyunları keçirilib.

Sportline.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən "Qarabağ" da növbəti matçına çıxıb. Qurban Qurbanovun komandası qrupun favoriti hesab olunan "Vilyarreal"ı qəbul edib.

Bu, Ağdam təmsilçisinin qrupda ilk ev görüşü olub. Lakin İspaniya klubu ilə qarşılaşma Dağlıq Qarabağda baş verən hadisələr səbəbindən Azərbaycanda deyil, Türkiyədə olub.

Paralel keçiriləcək qrupun digər oyununda isə "Sivassppor" (Türkiyə) "Makkabi"ni (İsrail) qəbul edib.


29 oktyabr

Avropa Liqası

Qrup mərhələsi, 2-ci tur


I qrupu

21:55. “Qarabağ” (Azərbaycan) – “Vilyarreal” (İspaniya) 1:3
Qollar: Ovusu Kvabena, 78, Yeremi Pino, 80, Pako Alkaser, 85, 90+5 - pen.
Baş hakim
: Pavel Orel (Çexiya)
İstanbul. “Başakşəhər Fatih Terim” stadionu