5 qol vuruldu, "Qarabağ" qələbə qazandı
Bu gün Topaz Premyer Liqasında 13-cü tur yekunlaşacaq. SportLine.az xəbər verir ki, son oyun günündə daha iki qarşılaşma keçiriləcək. Zirvə uğrunda mübarizə aparan iki komanda - "Zirə" və "Qarabağ" birincilərin meydanında münasibətləri aydınlaşdıracaq.
Ağdam təmsilçisi qələbə qazanmaqla liderlik mövqeyini möhkəmlədəcək. Paytaxt klubu isə 3 xal qazanmaqla "Qarabağ"ı "taxt"dan salacaq.
26 noyabr 2017
TPL, 13-cü tur
"Zirə" - "Qarabağ" - 2:3
QOLLAR: Riçard Almeyda, 21 (0:1); Dino Ndlovu, 26 (0:2); Vüsal İsgəndərli, 51 (1:2); Mahir Mədətov, 62 (1:3); Riçard Qadze, 67 (2:3)
Hakim: Fariz Yusifov
Zirə İdman Olimpiya Kompleksinin stadionu