"Qarabağ"da ciddi itki

"Qarabağ"ın zədəli futbolçusu Bədavi Hüseynovun durumu müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

O bildirib ki, ilkin müayinədən sonra 30 yaşlı müdafiəçinin təxminən 2 ay meydana çıxa bilməyəcəyi məlum olub. 

Bu, Ağdam klubu üçün ciddi itki sayılır. Çünki milli komandamızın da üzvü olan futbolçu Konfrans Liqasına hazırlaşan "Qarabağ"ın yay təlim-məşq toplanışını buraxacaq.

Qeyd edək ki, Bədavi Hüseynov millimizin Moldova ilə yoldaşlıq oyununda (0:1) sol ayağından xəsarət alıb.