"Qarabağ"da daha bir müqavilə
“Qarabağ” Elvin Cəfərquliyevin müqaviləsini uzadıb.
Sportline.az xəbər verir ki, 20 yaşlı müdafiəçi ilə imzalanmış yeni müqavilənin müddəti 3 ildir.
Elvin Cəfərquliyev bu mövsüm keçirdiyi 32 oyunda 4 məhsuldar ötürmə verib.