"Qarabağ"da oynamış futbolçu karyerasını bitirdi
"Qarabağ"ın keçmiş qapıçısı Hannes Halldorsson peşəkar karyerasını bitirib.
Sportline.az xəbər verir ki, 38 yaşlı futbolçu bunu öz tvitter səhifəsində bildirib.
Son olaraq ölkəsinin "Valur" klubunun formasını geyinən Hannes Halldorsson 2018/2019-cu il mövsümündə "Qarabağ"ın şərəfini qoruyub.
Qeyd edək ki, o, İslandiya millisinin heyətində 77 görüş keçirib.