"Qarabağ"da yeni futbolçular
Milli komandaların oyunları ilə bağlı yaranan fasilədə “Qarabağ” hazırlıqlarını davam etdirir. SportLine.az klubun saytına istinadən xəbər verir ki, ağdamlılar gündə bir dəfə olmaqla klubun bazasında məşq edir.
Müxtəlif ölkələrin millilərinə dəvət alan 14 futbolçunun yoxluğunda əvəzedici heyətin bir neçə üzvü əsas komandanın hazırlıq prosesində iştirak edir.
Ağdam təmsilçisi oktyabrın 7-si, saat 16:30-da "Azərsun Arena"da “Sumqayıt”la yoxlama oyunu keçirəcək.