"Qarabağ"da yeni müqavilə

"Qarabağ" kapitanı Maksim Medvedevlə müqaviləni uzadıb.

Sportline.az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni sözləşmə 2 illik nəzərdə tutulub.

Qeyd edək ki, "Qarabağ"ın yetirməsi olan müdafiəçi Ağdam klubunun heyətində 7 dəfə Azərbaycan çempionu olub, 3 dəfə ölkə kubokunu qazanıb.