"Qarabağ"dan 3 top buraxdı, milliyə çağırıldı

Fransa yığması UEFA Millətlər Liqasının oyunlarından əvvəl itki ilə üzləşib.

Sportline.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, İngiltərə "Tottenhem"ində çıxış edən komandanın əsas qapıçısı Uqo Lyoris zədələnib.

36 yaşlı oyunçunun yerinə yığmaya "Nant" klubundan Alban Lyafon çağırılıb.

Qeyd edək ki, sentyabrın 22-də Avstriyanı qəbul edəcək son dünya çempionu 3 gün sonra Danimarkanın qonağı olacaq. Alban Lyafon "Qarabağ"ın Bakıda "Nant"ı 3:0 hesabı ilə məğlub etdiyi UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda iştirak edib.