"Qarabağ"dan bir gündə iki məşq
"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir.
SportLine.az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, Ağdam klubu “Kuban”la yoxlama matçından sonra bu gün məşqləri bərpa edib.
Səhər məşqi yerli vaxtla saat 11:00-da başlayıb və fitness zalında baş tutub.
Günün ikinci məşqində isə “Qarabağ” yerli vaxtla saat 17:30-da meydançaya yollanıb. 90 dəqiqə
davam edən məşqdə futbolçular fiziki çalışmalarla kifayətlənib.