"Qarabağ"dan "fair-play" nümunəsi
"Qarabağ"la "Kuban" arasında keçirilən yoldaşlıq görüşü maraqlı hadisə ilə yadda qalıb.
SportLine.az xəbər verir ki, hakim 40-cı dəqiqədə Rusiya klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Zərbəni yerinə yetirən Mahir Mədətov topu kənara göndərib.
Hakim “Qəbələ”nin sabiq futbolçusu Aleksey Qayın Miçelə qarşı hərəkətini qayda pozuntusu kimi qiymətləndirsə də, futbolçular fərqli düşünüblər.