"Qarabağ"dan "Sumqayıt"a növbəti zərbə

Topaz Premyer Liqasında mübarizə aparan klubların əvəzedici heyətlərinin yarışında  12-ci tura start verilib.
  
SportLine.az xəbər verir ki, ilk oyun günündə "Qarabağ” "Sumqayıt”ı qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, ötən gün Topaz Premyer Liqasında da "Qarabağ"ın əsas komandası "kimyaçılar"ı üstələmişdi.
 
18 noyabr
 
"Qarabağ” – "Sumqayıt” - 2:1
 Qollar:
 Müşfiq Rzayev, 34 (0:1), Arif Qədirov, 54 (1:1), Elçin Rəhimli, 85 (2:1)