"Qarabağ"dan tarixi qələbə
“Qarabağ” Azərbaycan çempionatlarında tarixi qələbəsini qazanıb. SportLine.az Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, ağdam təmsilçisi buna Topaz Premyer Liqasının VIII turunun “İnter”lə görüşündə nail olub. Səfərdə 2:0 hesabı ilə qalib gələn əyalət klubu ölkə birinciliklərində 400-cü qələbəsini bayram edib. Bu göstəricidə yalnız “Neftçi”dən geri qalıb, Azərbaycanda ikinci olan “Qarabağ” yubileyi 728-ci matçında yaşayıb. Bu, isə komandanın keçirdiyi oyunların təxminən 55 faizində qalib gəldiyi deməkdir. Bütün ölkə çempionatlarının iştirakçısı 400 qələbədən 243-nü evdə, 154-nü səfərdə, 3-nü neytral meydanda əldə edib.