"Qarabağ"ı cərimələndi

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

SportLine.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, iclasda "Qarabağ"ın cərimələnməsinə qərar verilib.

Topaz Premyer Liqasının 13-cü turunda  “Zirə” ilə oyunda Ağdam təmsilçisinin  4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.