"Qarabağ"ı "Makkabi" ilə oyuna kim çıxaracaq?

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin V turunda "Makkabi" (Təl-Əviv) komandası ilə oyun üçün Türkyənin İstanbul şəhərinə getməyəcək.

Sportline.az xəbər verir ki, bu barədə "Report"a Azərbaycan təmsilçisinin direktoru Emrah Çəlikəl məlumat verib. O bildirib ki, 48 yaşlı mütəxəssisin vəziyyəti yaxşı olsa da, onun növbəti testi də müsbət çıxıb.

Çelikəl İsrail təmsilçisi ilə duelə komandanı Elçin Rəhmanovun çıxaracağını sözlərinə əlavə edib.

Qeyd edək ki, dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.