"Qarabağ"ın səfər planı açıqlandı

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda “Olimpiakos”la qarşılaşacaq “Qarabağ”ın Yunanıstana səfər planı müəyyənləşib. 

Sportline.az xəbər verir ki, Azərbaycan çempionu oktyabrın 5-də səhər saatlarında yola düşəcək. 

"Köhlən atlar" "Kontinental" otelində məskunlaşacaq. Həmin gün yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə saat 17:30) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Saat 21:00-da isə komandanın açıq məşqi olacaq. 

“Olimpiakos”la qarşılaşma oktyabrın 6-da olacaq. "Georgios Karaiskakis" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.