"Qarabağ"ın daha bir rəqibi müəyyənləşdi

Yanvar ayında Antalyada təlim-məşq toplanışı keçəcək "Qarabağ"ın yoxlama oyunlarında qarşılaşacağı daha bir rəqibi müəyyənləşib. SportLine.az xəbər verir ki, Ağdam təmsilçisi Rusiyanın I Divizion klubu "Şinnik"lə üz-üzə gələcək. Bu barədə Yaroslav klubunun rəsmi saytı məlumat yayıb.

Matç yanvarın 30-na planlaşdılırıb.

Qeyd edək ki, Qurban Qurbanovun komandası yanvarın 9-da Türkiyəyə yollanacaq. "Köhlən atlar"ın daha bir rəqibi yanvarın 20-də Polşanın "Legiya" kollektivi olacaq.