"Qarabağ"ın məşqində maraqlı anlar

"Qarabağ"ın məşqində maraqlı anlar yaşanıb.

Sportline.az xəbər verir ki, komandanın kolumbiyalı müdafiəçisi Kevin Medina ilə braziliyalı yarımmüdafiəçisi Riçard Almeyda bir-biri ilə azərbaycanlılar kimi salamlaşaraq görüşüblər.

Almeyda Medinaya  "Salam aleykum, necəsən qardaş", Medina isə ona "Aleykum salam qardaş, yaxşıyam" deyib.

Xatırladaq ki, Almeyda 2011-ci ildən ölkəmizdə çıxış edir və artıq milliləşdirilərək yığmamıza cəlb olunub. Medina isə 2020-ci ildən "Qarabağ"da oynayır.