"Qarabağ"ın futbolçusu vəfat etdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının və "Qarabağ" Futbol Klubunun əvəzedici komandasının üzvü Şirxan Həsənzadə dünyasını dəyişib.

Sportline.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

Xatırladaq ki, aprelin 22-də hazırlıq prosesində "Qarabağ"ın əvəzedici heyətinin müdafiəçi Şirxan Həsənzadənin ürəyi dayanıb. 20 yaşlı futbolçu təcili tibbi yardımın köməyi ilə dərhal xəstəxanaya çatdırılmışdı.