"Qarabağ"ın futbolçusu ən yaxşılar sırasında
Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyası (CONCACAF) 2017-ci ilin ən yaxşı futbolçularının adını açıqlayıb.
Sportline.az xəbər verir ki, "Qarabağ"ın və Haiti millisinin üzvü Donald Geryenin adı da ən yaxşı "11-lik"dədir.
Qapıçı: Keylor Navas ("Real Madrid")
Müdafiəçilər: Hektor Moreno ("Roma"), Kristian Qamboa ("Seltik"), Kendal Vaston ("Vancouver Whitecaps"), Roman Torres ("Seattle Sounders")
Yarımmüdafiəçilər: Bryan Ruiz ("Sportinq"), Kristian Pulisiç ("Borussia Dortmund", Hektor Herrera ("Porto"), Donald Gerye ("Qarabağ")
Hücumçular: Alberth Elis ("Houston Dinamo"), Hirving Lozano ("PSV Eyndhoven")