"Qarabağ"ın futbolçusu "Qızıl istedad" ola bilər
"Qarabağ"ın gənclərdən ibarət komandasının üzvü Yaroslav Deda vətəni Ukraynada "Qızıl istedad" adına namizəd göstərilib.
SportLine.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu 13 namizəddən biridir. Qalib goldtaland.com saytında futbolsevərlər arasında keçirilən səsvermənin yekun nəticəsinə əsasən müəyyənləşəcək.
Qeyd edək ki, Y.Deda "Qarabağ"ın UEFA Gənclər Liqasında vurduğu hər üç qolun müəllifi olub.