"Qarabağ"ın futbolçusu Seneqala qarşı

Bu gün DÇ-2018-in Afrika zonasının seçmə mərhələsində 5-ci turun oyunları olacaq.

Sportline.az xəbər verir ki, "Qarabağ"ın hücumçusu Dino Ndlovunun şərəfini qoruduğu Cənubi Afrika Respublikası Seneqalı qəbul edəcək.

Bakı vaxtı ilə saat 21:00-da başlayacaq oyunda Ndlovunun da meydana çıxacağı gözlənilir.

Qeyd edək ki, CAR millisi Seneqal, Burkino Faso və Kape Verdenin yer aldığı D qrupunda sonuncu yerdədir.