"Qarabağ"ın gəncləri Romada məyus oldu

Bu gün UEFA Gənclər Liqasında qrup mərhələsinin sonuncu turu start götürəcək. SportLine.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandası səfərdə "Roma" ilə qarşılaşacaq.

Matçın start fiti Bakı vaxtı ilə saat 14:30-da səslənəcək.

Xatırladaq ki, bu komandalar arasında Bakıda keçirilən ilk görüşdə "canavarlar" qələbə qazanmışdı - 3:0.


05 dekabr 2017
UEFA Gənclər Liqası
"C" qrupu, 6-cı tur

"Roma" (U-19) - "Qarabağ" (U-19) - 3:0
QOLLAR: Sdaiqui, 19 (1:0); Besuyen, 36 (2:0); D'Oratsio, 81 (3:0)

Baş hakim: Tihomir Pejin
Baş hakimin köməkçiləri: Qoran Pataki, Maryan Tomas (hamısı Xorvatiya)
Dördüncü hakim: Daniele Martinelli (İtaliya)
Roma. “Tre Fontan” stadionu

Standings provided by Sofascore LiveScore