"Qarabağ"ın legioneri Bakıya qayıdır
"Qarabağ" Azərbaycan Kubokunun 1/4 finalında "Qəbələ" ilə cavab görüşünə itki ilə çıxacaq.
Sportline.az xəbər verir ki, ölkə çempionunun heyətində Filip Ozobiç Qəbələyə aparılmayıb.
30 yaşlı xorvatiyalı müdafiəçi ölkəsində müalicəsini başa vurub. Onun Bakıya bu gün qayıdacağı gözlənilir. Təcrübəli oyunçunun tezliklə məşqlərə başlayacağı ehtimal olunur.
Qeyd edək ki, fevralın 6-da keçiriləcək "Qəbələ" - "Qarabağ" oyunu saat 15:00-da başlanacaq. İlk görüşdə Ağdam klubu 3:1 hesablı qələbə qazanıb.