"Qarabağ"ın legionerləri ölkəni tərk edir
"Qarabağ" klubu Azərbaycan Premyer Liqasının XIII turundan sonra futbolçularını istirahətə buraxıb.
Sportline.az xəbər verir ki, artıq bu gündən etibarən əcnəbi oyunçular ölkəni tərk etməyə başlayacaq.
Komanda 2021-ci il yanvarın 5-də Bakıda "Azərsun Arena"da bir araya gələcək. Legionerlər isə bir-iki gün sonra komandaya qoşulacaq.
Qeyd edək ki, "Qarabağ" XIII turda "Zirə"ni 3:2 hesabı ilə məğlub edib. Premyer Liqada XIV tur yanvarın 21-də olacaq.