"Qarabağ"ın növbəti oyununun vaxtı açıqlandı
Topaz Premyer Liqasında 4-cü turdan təxirə salınmış “Səbail” – “Qarabağ” oyununun başlama saatı müəyyənləşib.
SportLine.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, matç dekabrın 8-i saat 19:00-da başlayacaq.
Qeyd edək ki, "Səbail" - "Qarabağ" görüşü "Bayıl Arena"da keçiriləcək.