"Qarabağ"ın oyunu Ermənistanda yayımlanacaq
UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun “Olimpiakos” – “Qarabağ” oyununu Ermənistan kanalı canlı yayımlayacaq.
Sportline.az xəbər verir ki, oktyabrın 6-da keçiriləcək görüş “Vivaro TV” internet kanalı vasitəsilə azarkeşlərə təqdim ediləcək.
Oyun ümumilikdə 114 ölkədə canlı yayımlanacaq ki, bunlardan biri də Ermənistandır.
Qeyd edək ki, oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da səslənəcək.