"Qarabağ"ın oyununun vaxtı dəyişdirildi

Koronavirus səbəbindən Azərbaycan Premyer Liqasının və kubokunun təqviminə dəyişiklik edən Peşəkar Futbol Liqası (PFL) çempionatın 5-ci turundan təxirə salınmış “Səbail” – “Qarabağ” oyunu ilə bağlı yekun qərarını açıqlayıb.

Sportline.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın vaxtı dəyişdirilib.

Görüş əvvəldən nəzərdə tutulduğu kimi fevralın 8-də deyil, yanvarın 28-də keçiriləcək.