"Qarabağ"ın futbolçusunun "Spartak"a keçidi alınmayıb
Moskva "Spartak"ı "Qarabağ"ın qapıçısı Andrey Lunyovun xidmətində maraqlı imiş.
Sportline.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bunu futbolçunun sabiq meneceri Anton Smirnov açıqlayıb.
Onun sözlərinə görə, Moskva klubu bu transferi həyata keçirmək istəsə də idman direktoru Tomaş Amaral bunun əleyhinə çıxıb.
Səbəb isə, onun komandaya daha gənc futbolçuları cəlb etmək istəyi olub.
Amaral həmin futbolçuları sonradan başqa kluba satmaq perspektivini nəzərə alaraq belə qərar verib.
Smirnov həmin müzakirələrin qış transfer dönəmində aparıldığını bildirib.