"Qarabağ"ın rəqibi qələbə qazandı

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki növbəti rəqibi - "Olimpiakos" Yunanıstan Super Liqasının VI turunda "Atromitos"u qəbul edib.

Sportline.az xəbər verir ki, oyun Pirey təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 45+2-ci və 68-ci dəqiqələrdə Sedrik Bakambu vurub.

Xallarının sayını 11-ə çatdıran "Olimpiakos" ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda "Olimpiakos"a qarşı keçirəcək.