"Qarabağ"ın rəqibi növbəti transfer etdi

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan İsrailin “Makkabi” (Təl-Əviv) klubu heyətə yeni futbolçu cəlb edib.

Sportline.az xəbər verir ki, Təl-Əviv təmsilçisi Tanzaniyanın "Azam" komandasından Novatus Dismasın keçidini reallaşdırıb.

Gənc oyunçu ilə imzalanacaq müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Novatus Dismas Tanzaniyanın U-21 millisinin üzvüdür.

"Makkabi" qrup mərhələsindəki ilk oyunda "Qarabağ"a 1-0 hesabı ilə qalib gəlib.